Putin Zaxarovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

15:01 - 8 İyun 2020 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib.

APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya lideri bu gün sərəncam imzalayıb.
Qeyd edək ki, Mariya Zaxarova 2015-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinə rəhbərlik edir.

Xəbər xətti