Dünyada koronavirus qurbanlarının sayı 400 mini keçib

15:19 - 7 İyun 2020 - DÜNYA

İyunun 7-də yeni növ koronavirus infeksiyasından ölənlərin sayı 400 013-ə çatıb.


Bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Tədqiqat təşkilatının məlumatında ölümlərin ən çox saylarının ABŞ-da (109,8 mindən çox), İngiltərədə (demək olar ki, 40,6 min) və Braziliyada (35,9 mindən çox) olduğu bildirilir. Son məlumata görə koronavirus yayılmağa başlayandan 6,9 milyondan çox insanda aşkar edilib.

Xəbər xətti