Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü

08:12 - 2 İyun 2020 - DÜNYA

Dünyada 376 mindən çox insan koronavirus pandemiyasının qurbanı olub.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, ayrı-ayrı ölkələrdə COVID-19 qurbanlarının sayı 376 219 nəfərə çatıb. Virusun aşkarlandığı ölkələrdə həmçinin 6 340 574 nəfər koronavirusla bağlı analizlərin müsbət nəticələrini alıb.

Bu halda infeksiyaya yoluxmuş 2,88 milyondan çox pasiyent sağalıb.
Hazırda dünyada 3 078 044 insan aktiv koronavirus xəstəsi hesab edilir. Məlumata görə, COVID-19-a yoluxmuş 53 415 pasiyentin vəziyyəti ağırdır.

Xəbər xətti