Azərbaycanda DƏHŞƏT: Kişi keçmiş arvadını baltaladı

11:20 - 31 May 2020 - HADİSƏ

Beyləqanda kişi keçmiş arvadına balta ilə xəsarət yetirib.

Hadisə rayonun Mil qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Tahir Muradxanov münaqişə zəminində keçmiş həyat yoldaşı, 1970-ci il təvəllüdlü Dilruba Cəfərovaya balta ilə baş və bədəninə çoxsaylı zərbələr endirib.

Yaralı ağır xəsarətlərlə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.///Apa

Xəbər xətti