Türkiyədə koronavirusdan daha 26 nəfər vəfat edib

22:52 - 30 May 2020 - DÜNYA

Bu gün Türkiyədə koronavirusdan daha 26 nəfər vəfat edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 515 nəfərə çatıb. 

Nazirin sözlərinə görə, son sutka ərzində 1 021 nəfər koronavirusdan sağalıb. Beləliklə, ölkədə COVID-19-dan sağalanların sayı 126 984 nəfərə çatıb.

Son bir gündə təhlükəli virusa daha 983 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 163 103 nəfərə yüksəlib.  

Xəbər xətti