İranda koronavirusa yoluxanların sayı artıb.
“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, ölkədə daha 2 080 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 141 591-ə çatıb.
K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 56 nəfər artaraq 7 564 nəfərə yüksəlib.
O həmçinin 2 551 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 111 176 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.