Türkiyədə koronavirusdan daha 50 nəfər ölüb

21:00 - 9 May 2020 - DÜNYA

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 50 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 35605  şübhəli koronavirus testindən keçib, onlardan 1546-nın cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3739 nəfər ölüb, 137115 nəfər bu infeksiyaya yoluxub, 89480 nəfəri isə müalicə olunub.
Bu gün 3084 xəstə evə buraxılıb.///Apa

Xəbər xətti