İtaliyada koronavirus qurbanlarının sayı 30 mini keçib

20:40 - 8 May 2020 - DÜNYA

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 30 mini keçib.

Bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb. Bildirilir ki, son sutka ərzində İtaliyada 243 nəfər bu virusdan ölüb, ümumilikdə virus qurbanlarının sayı 30 201 nəfər təşkil edir.

Epidemiyanın başlanğıcından bəri ölkə ərazisində virusa yoluxanların sayı 217 185 nəfərə çatıb, onlardan 99 mindən çoxu sağalıb. Son sutkada isə 2747 nəfər sağalaraq xəstəxanaları tərk edib.
Hazırda 87 961 nəfər müalicə alır, onlardan 1168 nəfərin vəziyyəti ağırdır.///Apa

Xəbər xətti