Məşhur repçi koronavirusdan öldü

15:33 - 8 May 2020 - DÜNYA

Dünyaca məşhur “Ty” ləqəbli repçi Ben Chijioke dünyasını dəyişib. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Koronavirus pandemiyasına yoluxan 48 yaşlı musiqiçi ötən gün həyatını itirib. Məlumata görə, aprelin 1-də COVID-19 diaqnozu ilə xəstəxanaya aparılan “TY” daha sonra komaya düşüb.

Bir neçə gün sonra vəziyyəti yaxşılaşan Chijioke reanimasiyadan çıxarılıb. Lakin o, anidən vəfat edib.///qafqazinfo

Xəbər xətti