Qatar dəmir yolunda yatan miqrantların üstündən keçdi

11:05 - 8 May 2020 - DÜNYA

Hindistanın mərkəzi hissəsində yerləşən Maharaştra ştatında yük qatarının dəmir yolunda yatan miqrantları vurması nəticəsində azı 17 nəfər həlak olub.

Bu barədə Sputniknews.com xəbər verir.

Maşinist dəmiryolunda yatan miqrantları gördükdən sonra qatarı dayandırmağa çalışsa da, artıq gec olub.

Yaralılar Auranqabad xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.///oxu.az

Xəbər xətti