Rusiyanın daha bir şəhərində maska və əlcək məcburi oldu

23:53 - 7 May 2020 - DÜNYA

Rusiyanın Sankt-Peterburq şəhərində də maska və əlcəklərlə bağlı qaydalar sərtləşdirildi. “Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, şəhərin qubernatoru Yevgeni Yelin bununla bağlı televiziya kanallarının birində danışıb. Onun sözlərinə görə, vətəndaşlara ictimai yerlərdə və nəqliyyatda maska və əlcəkdən istifadə məcburi olacaq. Bu qaydalar isə ciddi nəzarət altında olacaq. Şəhər sakinləri üçün metronun foyelərində fərdqi qouyucu vasitələr yerləşdiriləcək. Xatırladaq ki, bundan əvvəl paytaxt Moskvada maska və əlcək məcburiyyəti tətbiq edilmişdi.

Xəbər xətti