Saakaşvili Ukraynada vəzifəyə təyin olundu

21:51 - 7 May 2020 - DÜNYA

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvilinin rəsmi vəzifəyə təyinatı ilə bağlı fərman imzalayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənədlə M.Saakaşvili Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Gürcüstan tərəfi M.Saakaşvilinin Ukraynada hər hansı bir rəsmi vəzifəyə mümkün təyinatına kəskin etiraz bildirib. 

Xəbər xətti