Türkiyədə koronavirusdan daha 57 nəfər öldü

20:46 - 7 May 2020 - DÜNYA

 Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 57 nəfər ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 30395 şübhəli koronavirus testindən keçib, onlardan 1977-nin cavabı pozitiv çıxıb. Türkiyədə yeni növ koronavirusdan indiyədək 3641 nəfər ölüb, 133721  nəfər bu infeksiyaya yoluxub, 82984 nəfəri isə müalicə olunub. Bu gün 4782 xəstə evə buraxılıb. 

Xəbər xətti