Bu ölkədə bütün ticarət mərkəzləri və mağazalar fəaliyyətini bərpa edir

10:05 - 7 May 2020 - DÜNYA

Almaniya hökuməti nümayəndələrinin regional rəsmilərlə keçirdiyi onlayn videokonfrans zamanı sahəsindən asılı olmayaraq mağazaların açılması barədə razılıq əldə olunub.

Məlumatı “Dpa-international” agentliyi yayıb. Rəsmilərin verdiyi qərar tezliklə Almaniya Kansleri Angela Merkel tərəfindən rəsmən açıqlanacaq.

Qeyd edək ki, Almaniyada pandemiya ilə əlaqədar sahəsi 800 kvadrat metrə qədər olan mağazaların işləməsinə icazə verilirdi.///oxu.az

Xəbər xətti