Rusiyanın daha bir naziri koronavirusa yoluxdu

16:03 - 6 May 2020 - DÜNYA

Rusiyanın mədəniyyə naziri Olqa Lyubimovaya koronavirus diaqnozu qoyulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Anna Usaçova açıqlayıb. “Olqa Lyubimova distant işləyir. COVID-19 testinin sonucları pozitiv çıxıb. Nazir hazırda evdədir, videokonfrans rejimində işgüzar iclas keçirir, görüş və danışıqlarda onlayn formatda iştirak edir”, - A.Usaçova bildirib.

Onun sözlərinə görə, xəstəlik yüngül keçir, ona görə də nazirin xəstəxanaya yerləşdirilməsinə gərək yoxdur.

Xəbər xətti