BƏƏ-də göydələnlərin birində güclü yanğın

03:38 - 6 May 2020 - DÜNYA

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindəki göydələnlərin birində güclü yanğın baş verib. Trend-in məlumatına görə, bu barədə "Əl-Qad" nəşri bildirib. Məlumata əsasən, Əl-Nahda məhəlləsində 45 mərtəbəli bir yaşayış binasında yanğın olub, yanğın demək olar ki, bütün binanı tez bir zamanda əhatə edib. Evin bütün sakinləri, eləcə də bir neçə qonşu bina dərhal təxliyə edildi, zərərçəkənlər haqqında məlumat veriləmyib. Yanğına qarşı mübarizəyə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Xəbər xətti