Türkiyədə koronavirusdan ölənlərin sayı 3 mini keçdi

20:57 - 29 Aprel 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 89 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 081 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 2 936 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 117 589 nəfərə çatıb.

Nazir əlavə edib ki, sağalanların ümumi sayı 44 022 nəfər təşkil edir.///trend

Xəbər xətti