İtaliyada koronavirusdan ölənlərin sayı 25 mini ötdü

20:13 - 22 Aprel 2020 - DÜNYA

İtaliyada son bir gün ərzində daha 437 nəfər koronavirusdan ölüb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 25 085 nəfərə çatıb. Məlumata görə, İtaliyada daha 3 370 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 187 327-yə yüksəlib. Bundan başqa, ölkədə indiyədək 54 543 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xəbər xətti