Müsəlman dünyasının əsas ziyarətgahları hesab olunan Məkkə, Mədinə, Məscidül-Həram (“Hörmətli Məscid”) və Peyğəmbər məscidi Ramazan ayı ərzində bağlı qalacaq.
“RİA Novosti” xəbər verir ki, bu barədə İki Müqəddəs Ocağın Baş İdarəsi məlumat yayıb.
“Ziyarətgahların açılışı koronavirus pandemiyası ilə əlaqədar görülən önləyici tədbirlər səbəbindən gecikir”, - deyə idarənin yaydığı məlumatda qeyd olunub.