İtaliyada son bir gün ərzində daha 454 nəfər koronavirusdan ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 24 114 nəfərə çatıb. Məlumata görə, İtaliyada daha 2 256 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 181 228-ə yüksəlib.
Bundan başqa, ölkədə indiyədək 48 877 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.