Türkiyənin İzmir şəhərində 18 gün ərzində iki həkim qardaş koronavirusun qurbanı olub.
“Report” “NTV”yə istinadən xəbər verir ki, əvvəlcə aprelin 1-də böyük qardaş Muharrem İdiz dünyasını dəyişib. Yüksək hərarət və nəfəs çatışmazlığı ilə ötən həftə xəstəxanaya yerləşdirilən kiçik qardaş Nuri İdiz də həkim olub və onun da koronavirus testi pozitiv çıxıb.
Aprelin 6-sı reanimasiyaya yerləşdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. N.İdiz bu gün dünyasını dəyişib.
Qeyd edək ki, rəsmi məlumata görə, Türkiyədə koronavirusa yoluxanların sayı İran və Çini ötərək 86 306 nəfərə çatıb. Onlardan 11 976 nəfəri sağalsa da, 2 017 nəfər virusun qurbanı olub.