İspaniyada COVİD-19 virusuna yoluxan tibb işçilərinin sayı 30 mini keçib.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, epidemiyanın başladığı gündən aprelin 20-dək olan müddətdə 31 053 tibb işçisi koronavirusa yoluxub.
İspaniya mediasının xəbərinə görə, indiyədək koronavirusdan 34 tibb işçisi vəfat edib.