Rusiyada koronavirusa yoluxanların sayı 37 minə yaxınlaşır
11:48 - 18 Aprel 2020 - DÜNYA
Rusiyada son bir gündə 4 785 nəfərə koronavirus diaqnozu qoyulub,
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, bununla da yoluxanların sayı 36 793 nəfərə, ölənlərin sayı 467-yə, sağalanların sayı isə 3 057 nəfərə çatıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2649.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.