Alimlər: Koronavirus yüksək istilikdə də yaşayır

14:16 - 17 Aprel 2020 - DÜNYA

Koronavirusun 92 dərəcə istidə 15 dəqiqə mövcud olduğu aydınlaşıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu nəticəyə Eks-Marsel Universitetinin alimləri gəlib.

Məlumata görə, araşdırmaçı Boris Pastorino və komandası koronavirus üzərində 10 müxtəlif sınaq keçirib.

Həmin təcrübələrdə koronavirusun 30 və 60 dərəcə istidə yoluxuculuğun azaldığı açkarlansa da, virus məhv olmayıb. Daha sonra koronavirus 92 dərəcə istidə 15 dəqiqə qalıb və təsirini tamamilə itirib.

Qeyd edək ki, analoji araşdırmanı britaniyalı alimlər də aparıblar. 

Xəbər xətti