İranda son sutka ərzində 89 nəfər yeni növ koronavirusdan vəfat edib.
Bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.
O bildirib ki, İranda koronavirusdan vəfat edənlərin sayı 4958 nəfərə çatıb.
İranda son sutka ərzində 1499 nəfər koronavirusa yoluxub, xəstəliyə yoluxanların ümumi sayı 79 494 nəfərdir.
İndiyədək virusa yoluxanların 54 064 nəfəri sağalıb.
Hazırda virus daşıyıcısı olan 3563 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.///Apa