Türkiyədə koronavirusdan 97 nəfər dünyasını dəyişdi

21:20 - 12 Aprel 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 97 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib, 481 nəfər sağalıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1198 nəfərə çatıb. Ölkədə 4 789 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 56 956 nəfərə yüksəlib.

Onun sözlərinə görə, intubasiya edilmiş xəstələrin sayında azalma müşahidə olunur.///trend

Xəbər xətti