Türkiyədə 4,3 bal gücündə zəlzələ olub

11:46 - 12 Aprel 2020 - DÜNYA

Türkiyənin Bingöl vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 09:38-də qeydə alınıb. Zəlzələlərin episentri Karlıova rayonunda olub. Yeraltı təkanların ocağı 7,01 kilometr dərinlikdə yerləşib.

Təlafat və dağıntılar barədə məlumat verilməyib.

Xəbər xətti