Dünyada koronavirus qurbanlarının sayı 99 min nəfəri ötüb

00:45 - 12 Aprel 2020 - DÜNYA

Dünyada koronavirus qurbanlarının sayı 99 min nəfəri ötüb. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Təşkilat qeyd edib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 610 909 nəfər təşkil edir. Virusa yoluxmuş 99 690 nəfər vəfat edib.  Hazırda virusa ən çox yoluxma əvvəlki kimi Avropada (839 257) qeydə alınıb.  Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Xəbər xətti