Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şurası və Dini İşlər İdarəsi koronavirusdan ölənlərin dəfni ilə bağlı açıqlama yayıb.
“Report” “A haber”ə istinadən xəbər verir ki, infeksiyaya yoluxma riskinə qarşı mütəxəssislərin tövsiyələrini nəzərə alaraq cənazə uyğun şəkildə yuyulmalı, kəfənlənməli, dəfn edilməlidir.
Qeyd edək ki, martın 22-də hər iki qurum koronavirusa yoluxma halında cənazə namazının qılınması və dəfnlə bağlı fitva yaymışdı. Həmin fitvada insanların bir-birindən sosial məsafəyə diqqət yetirmələri tövsiyə olunurdu.