Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı xalqa müraciətində pandemiyaya qarşı atılan yeni addımları açıqlayıb.
Publika.az-ın məlumatına görə, o bildirib ki, koronavirus problemi aradan qalxana qədər tibbi maskalar pulsuz paylanılacaq. Tibbi maskaların pulla satışı qadağandır. Ərdoğanın sözlərinə görə, koronavirusun olduğu ərazilər tamamilə karantina alınacaq. Virusun yayılmasının qarşısının alınması üçün məsafə saxlamanın önəminə diqqət çəkən Ərdoğan, pandemiya ilə bağlı 2 səhra xəstəxanasının yaradılacağını bildirib.