Dünyada koronavirus qurbanlarının sayı 70 182 nəfərə çatıb.
Dünyada koronavirusdan ən çox ölüm hadisəsi İtaliya (15 887), İspaniya (13 055), ABŞ (9 267), Fransa (8 078) və Böyük Britaniyada (4 934) qeydə alınıb. Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 300 000-ə yaxınlaşıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 208 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.///report