Türkiyədə 20-65 yaş aralığında olan vətəndaşlar müvafiq qeydiyyatdan keçərək pulsuz maska əldə edəcəklər.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Baş Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsindən yaydığı açıqlamada bildirib.
F.Altun qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Səhiyyə, Nəqliyyat və İnfrastruktur nazirliklərinin vasitəsilə əhaliyə paylanacaq maskaları əldə etmək üçün https://maske.epttavm.com saytına daxil olub müvafiq formanı doldurmaq lazımdır:
“Hər həftə müraciət edən vətəndaşlara həftədə 5 ədəd maska təhvil veriləcək”. F.Altun maskaların poçt xidmətlərindəki karqolar vasitəsilə pulsuz çatdırılacağını da yazıb.
Qeyd edək ki, aprelin 3-dən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə ilə əlaqədar ölkədə 65 yaşdan yuxarı və 20 yaşa qədər şəxslərin küçəyə çıxmasına qadağa qoyub. O, həmçinin, 20-65 yaş kateqoriyasında olan vətəndaşların küçəyə maskasız çıxmamasını tələb edib.
Xüsusi karantin qaydalarına əməl etməyənlər 392 lirə cərimə edilir.