Böyük Britaniyanın koronavirusa yoluxmuş baş naziri xəstəxanaya yerləşdirilib
00:59 - 6 Aprel 2020 - DÜNYA
Böyük Britaniyanın koronavirusa yoluxmuş baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.
Bu barədə “Report” "Sky News" telekanalına istinadən xəbər verir.
Qeyd edilir ki, baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri martın 27-də koronavirusa yoluxub. 55 yaşlı hökumət başçısı bildirib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.