Türkiyəli alimlər yeni növ koronavirus (COVID-19) əleyhinə ümidverici xəbər yayıb.
COVID-19-la mübarizə məqsədilə Türkiyədə yaradılan Elm Qurumunun üzvü Atəş Kara sosial şəbəkə səhifəsində yazaraq bildirib ki, yeni növ koronavirus peyvəndi ilk dəfə heyvanlar üzərində təcrübədən keçirilib və müsbət cavab alınıb.
Alim bu yeniliyi “xoş xəbər” adlandıraraq qeyd edib ki, koronavirus peyvənd heyvanlarda antikor (heyvanlarda immun sistemi gücləndirən protein molekulu) yaradıb: “Bundan sonra bu yeniliyin insanları xəstəlikdən qoruyub qorumayacağı ilə bağlı prosesə nəzarət edəcəyik”.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirus ilk dəfə 10 mart 2020-ci ildə aşkarlanıb, indiyə qədər 23 min 934 nəfər bu infeksiyaya yoluxub, 501 nəfər isə bu xəstəlikdən ölüb.///Apa