Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
16:49 - 5 Aprel 2020 - DÜNYA
Cənubi Sudanda koronavirusa ilk yoluxma aşkarlanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Eye Radio” radiostansiyası ölkənin vitse-prezidenti Riek Maşara istinadən məlumat yayıb.
Qeyd edilir ki, virusa 29 yaşlı şəxs yoluxub. O, BMT əməkdaşıdır. Həmin şəxs ölkəyə fevralın 29-da Niderlanddan gəlib.