Gürcüstanda koronavirusa yoluxanların sayı 134-ə çatdı

23:47 - 2 Aprel 2020 - DÜNYA

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Qeyd edilir ki, ölkədə COVID-19-a yoluxanların sayı 134-ə çatıb, onların 26-sı sağalıb. Karantində 5 550, stasionar nəzarətdə isə 281 nəfər saxlanılır.

Hazırda Gürcüstanda 108 koronavirus xəstəsi var. ///report

Xəbər xətti