Çində koronavirus xəstələrinin 93 faizi sağalaraq evlərinə buraxılıb.
Bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi açıqlama yayıb.
Ən son məlumatlara görə, Çinin materik hissəsində koronavirusa yoluxma hallarının sayı 81,554-ə çatıb, onlardan 76,238-i sağalaraq xəstəxanalardan buraxılıb. Bu, ümumi yoluxma hallarının 93,48% -ni təşkil edir.
Hazırda xəstəxanalarda 2004 pasientin müalicə aldığı bildirilib.///qafqazinfo