İtaliyada daha 837 nəfər pandemiyanın qurbanı olub.
"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12 428 nəfərə çatıb. Məlumatda həmçinin daha 4 053 nəfərə infeksiya diaqnozu qoyulduğu və ölkə üzrə yoluxanların ümumi sayının 105 792 nəfərə yüksəldiyi vurğulanıb.