Koronavirus infeksiyasından sağalmış 12 nəfərdən 3-ü xəstəliyə qədər bacardıqları fiziki hərəkətləri yerinə yetirmək gücündə olmur.
Bunu Honq Konqda Şahzadə Marqarita xəstəxanasının infeksiya mərkəzinin direktoru, doktor Ouen Tsanq Tak-İn deyib.
Qeyd olunub ki, bu, koronavirusdan sağalan xəstələr üzərində aparılan müşahidələr nəticəsində müəyyən edilib.
Müşahidələrə əsasən COVID-19 infeksiyasından sağalanlar ağciyərlərin azalan funksionallığından əziyyət çəkir və gəzinti zamanı boğulma hiss edir.
Bununla belə, ağciyərlərin zədələnməsi ilə bağlı uzunmüddətli effektlər müşahidə olunmayıb. COVID-19-dan sağalan xəstələr ağciyərlərin bərpası üçün onlara tövsiyə edilən üzgüçülük çalışmaları zamanı ciddi narahatlıq hiss etməyib.///trend