Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.
“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bankın məlumatına görə, hərracda dollara tələb martın 29-na nisbətən 10,9 milyon ABŞ dolları və ya təxminən 10,2% azalaraq 95,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.