İranda son 24 saatda COVID-19-a yoluxanların sayı rekord həddə çatıb.
TASS xəbər verir ki, İranda bir gün ərzində koronavirusa yoluxanların sayı artaraq 3186 nəfər olub. Virusa yoluxanların ümumi sayı isə 41 495 nəfərdir. Son 24 saatda virusa yoluxan 117 nəfərin öldüyü bildirilir.
Bununla da, İranda koronavirusdan ölənlərin sayı 2 757 nəfər olub. 13 911 nəfərin bu xəstəlikdən sağaldığı qeyd edilir.