Son sutka ərzində İranda koronavirusa yoluxmuş 117 nəfər vəfat edib.
Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü bildirib.
Ümumilikdə İranda koronavirusdan ölənlərin sayı 2757-yə çatıb.
Nazirlik rəsmisinin sözlərinə görə, son 24 saat ərzində 3186 yoluxma faktı qeydə alınıb ki, bununla da ölkədə bu günədək yoluxanların sayı 41495 nəfərdir. Koronavirusa yoluxmuş 13911 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan 3511 nəfər ağır vəziyyətdədir./Apa