İsraildə koronavirusa yoluxanların sayı son sutkada 482 nəfər artıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların 80-nin vəziyyəti ağır olmaqla 4 347 nəfərə çatıb. 543 pasiyent xəstəxanaya yerləşdirilib, 2 107 xəstə ev şəraitində müalicə olunur, 586 nəfər isə həkim və xüsusi tibbi avadanlıqla təchiz edilmiş mehmanxanada müayinə edilir.
Məlumatda həmçinin İsraildə 15 nəfərin infeksiyadan öldüyü vurğulanıb.