Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsində 86 min nəfər koronavirusla əlaqədar tibbi yoxlanışdan keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yoxlanış zamanı 8 nəfər yaradılmış səhra xəstəxanalarına yerləşdirilib, onlardan birində koronavirus simptomları aşkarlanıb.
“Marneulidə 71 000, Bolnisidə 15 000 nəfərin bədən hərarəti yoxlanılıb. Yoxlanılanlardan 8-i səhra xəstəxanalarına gətirilib, onlardan 6-sı hələ də xəstəxanada qalır. Bolnisidən olan bir nəfərdə isə virusa yoluxmanın şübhəli sindromları var”, - deyə qubernator bildirib.
Qeyd edək ki, martın 23-də yeni növ koronavirusun (COVİD-19) yayılması riskinin aşağı salınması mqəsədi ilə Marneuli və Bolnisidə sərt karantin rejimi elan edilib.