Son 24 saat ərzində İranda yeni tip koronavirusdan daha 123 nəfər ölüb.
Bununla da, epidemiyadan həyatını itirənlərin sayı 1,556 -ya çatıb. “Qafqazinfo”nun xəbərinə görə, İranda yeni 966 virusa yoluxma halı aşkarlanıb ki, bu da ölkə üzrə 20,610 fakt təşkil edir.
7,635 nəfər xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxılıb.