Alkoqoldan və siqaretdən uzaq durun- ÜST-dən çağırış

08:43 - 21 Mart 2020 - DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus  koronavirusun qarşısını almaq üçün alkoqollu içkilərdən və siqaretdən imtina etməyə, idmanla məşğul olmağa çağırıb. "Sizin immun sisteminizin normal işləməsinə kömək edən sağlam və faydalı qidaları yeyin, alkoqolun istifadəsini məhdudlaşdırın və şəkər tərkibli içkilərdən çəkinin, siqaret çəkməyin. Əgər koronavirusa yoluxsanız, siqaret çəkmək xəstəliyin ağır formasının inkişafı riskini artıra bilər", - o brifinqdə deyib. 

Xəbər xətti