İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyasının səbəb olduğu xəstəlikdən 427 nəfər ölüb, ümumilikdə ölkə ərazisində indiyədək 3405 nəfər bu virusun qurbanına çevrilib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin açıqlamasında qeyd olunub. Yeni məlumatlar göstərir ki, İtaliyada koronavirusun yaratdığı xəstəlikdən ölənlərin sayı Çində indiyədək eyni səbəbdən qeydə alınmış ölüm hallarından (3245 nəfər) çoxdur.
“Sağalanların sayı 4440 nəfərə çatıb, hazırda 33190 nəfər virusa yoluxub – 4480 nəfər dünənkindən çox”, - Borrelli belə deyib.
Ümumilikdə İtaliyada indiyəcən ölənlərlə birlikdə 41 mindən çox insan bu pandemiyaya yoluxub.