ABŞ İrana qarşı sanksiyaları genişləndirib

20:19 - 19 Mart 2020 - DÜNYA

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sanksiyalar Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Alam Althrwa General Trading L.L.C”, “Alphabet International Dmcc”, “Alwaneo L.L.C. CO.”, “Petro Grand FZE” və “Swissol Trade DMCC” şirkətlərinə tətbiq edilib.

Adlarıçəkilən şirkətlər İranın neft və neft-kimya məhsullarının satışına yardım etdiklərinə görə sanksiyaya məruz qalıblar.

Xəbər xətti