Dünyada koronavirusdan ölənlərin sayı 8000-i keçdi

14:34 - 18 Mart 2020 - DÜNYA

Dünyada koronavirus daşıyıcılarının sayı 200 099 nəfərə çatıb.

Dünyada ən çox yoluxma hadisəsi Çin (80 894), İtaliya (31 506), İran (16 169) və İspaniyada (11 826) qeydə alınıb. Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 8 010 nəfərdir. Sağalanların sayı isə 82 813 nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /report

Xəbər xətti