Koronavirus İtaliyanı diz çökdürüb. Avropa ölkəsindən hər gün pis xəbərlər gəlir.
İtaliyada virusdan ölənlərin sayı 2500-ü keçib. Təkcə bu gün 345 nəfər həyatını itirib. Beləcə, ümumi say 2503-ə çatıb. İndiyə qədər İtaliyada 31 min 506 yoluxma halı qeydə alınıb. Bu gün 3526 virus daşıyıcısının ortaya çıxdığı bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının son dəqiqələrə olan məlumatına görə, bütün dünyada 194 min 503 yoluxma halı rəsmi təsdiqini tapıb. 7893 nəfər həyatını itirib./bizimyolinfo